TƏBİİ SAHİL BƏNDİ

düzənlikdə əsasən iri çayların aşağı hissəsində meylliyin azalması, axının zəifləməsi ilə əlaqədar olaraq onların gətirdiyi məhsulların çökdürülməsi nəticəsində inkişaf etmiş sahilyanı vallar /tirələr/; hündürlüyü 6-8 m-ə çatır. Р–естественная береговая дамба natural coastal dam
TƏBİƏT ABİDƏLƏRİ
TƏBİİ ŞAXTA, ŞAQULİ MAĞARA
OBASTAN VİKİ
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Atatürk bəndi
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Bəndi-Türkistan
Bəndi-Türkistan — Əfqanıstanda dağ silsiləsi. Tarixi-coğrafi Türkistan ərazisinin cənub sərhədi.
Faiz bəndi
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Qanlıgöl bəndi
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi. Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir.
Şahı bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Şəştraz bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Kontrfors bəndi
əsas məqalə: Su bəndləri Kontrfors bəndi — dəmir-beton konstruksiyalardan hazırlanmış olan bənd növüdür. Qravitasiya və Tağ-Qravitasiya bəndlərindən fərqli olaraq, onlar strukturun açıq tağlı həndəsəsinə malik deyillər və bu tip bəndin dayanıqlığı strukturun özünün kütləsi ilə təmin olunmaya da bilər.
Qravitasiya bəndi
əsas məqalə: Su bəndləri Qravitasiya bəndi (və ya cazibə qüvvəsi bəndi) — öz dayanıqlığını təmin etmək üçün bəndin və öz ağırlığına mütənasib olan, əsasda yalnız sürtünmə qüvvəsindən istifadə edən beton və ya hörgüdən hazırlanmış bir bənd növüdür. === Xüsusiyyətlər === Qravitasiya bəndləri adətən geniş vadi boyunca düz bir xətt üzərində olur və saxlanılan suyun üfüqi itkisinə tamamilə öz çəkisi ilə müqavimət göstərir. Qravitasiya bəndinə təsir edən üç əsas qüvvə: anbarda yığılan suyun itələyici qüvvəsi, bəndin çəkisi və bünövrənin yaratdığı təzyiqdir. Su anbarında çökən lilin yuxarı axınının səthinə təsirini, seysmik təsir nəticəsində yarana bilən ətalət qüvvələrini və xüsusən də suyun süzülməsinin qaldırıcı qüvvəsini bəndin altına və ya üfüqi birləşmələrə nəzərə almaq vacibdir. Onların enni bazası və bünövrəsini nəzərə alınmaqla, qravitasiya bəndləri sızma və qalxma nəticəsində sabitliyi poza bilər, bu problem dizayn və tikintidə ən böyük diqqət tələb edir. Bənd bərk qayalar üzərində qurulduqda, betonun qayaya sadə şəkildə aşağıya doğru proyeksiyasın sızmanın qarşısını almaq və qalxma təzyiqlərini aradan qaldırmaq üçün ümumiyyətlə kifayət edəcəkdir. Bəndin hər bir hissəsi dayanıqlıdır və hər hansı digər bənd bölməsindən müstəqildir. Lakin, adətən, qaya təməli keçiricidir, bəzən əhəmiyyətli dərinliklərə qədər, buna görə də tamamilə etibarlı kəsmənin qurulması ya çətin, ya da qeyri-mümkündür. Daha sonra çatlamış süxurun məhlulla örtülməsi üçün geniş sistemlə və drenaj vasitəsilə qaldırma təzyiqlərinin azaldılmasına etibar edilməlidir. Bir çox qravitasiya bəndləri həm kəsiklərə, həm də yeraltı drenaja malikdir və adətən torpaq təməlləri üzərində tikilmir.
Tağ bəndi
əsas məqalə: Su bəndləri Tağ bəndi — çayın yuxarı istiqamətinə doğru əyilmiş beton bəndidir. Tağ bəndi elə qurulmuşdur ki, suyun ona qarşı olan, yəni hidrostatik təzyiq kimi tanınan su qüvvəsi tağın üzərinə təzyiq göstərərkən, tağın bir qədər düzləşməsinə və təməli və ya dayaqları istiqamətində itələnərkən strukturun daha da möhkəmlənməsinə səbəb olur. Tağ bəndi, strukturu və gərginliyi dəstəkləmək üçün dözümlü və dik qaya divarlarına malik olan dar kanyonlar və ya dərələr üçün ən müvafiqdir. Hər hansı digər bənd tipindən daha incə olduqları üçün tağ bəndi az tikinti materialı tələb edir, bu da onları ucqar ərazilərdə daha qənaətcil və praktik edir. Tağ bəndin yuxarı axın əyrisi suyun təkanını ya birbaşa vadinin kənarlarına, ya da dolayısı ilə beton dayaqlar vasitəsilə ötürür. Gücünün tamamilə dayaqlarındakı effektiv dayaqdan asılı olduğunu nəzərə alsaq, tağ bəndləri üçün yalnız səs daşını təmin edən əlverişli yerlər uyğun gəlir. Teorik olaraq, V-şəkilli vadidə ideal sabit bucaqlı tağ 133° əyrilik mərkəzi bucağına malikdir. Bu faktdan birinci 1913–14-cü illərdə Alyaskada Salmon Creeking-də tikilmiş "sabit bucaqlı" (və ya dəyişən radiuslu) tağ bəndində istifadə olunur. Tağ bəndləri digər bənd növlərindən nisbətən uğursuzluğa qarşı daha çox müqavimət göstərir. Yenə də axın yolu güclü yağış və ya daşqın hadisələrini qarşılamaq üçün vacib olaraq qalır.
Leqadadi bəndi
Leqadadi bəndi Əddis-Əbəbə və ətrafı üçün tikilmiş içməli su anbarıdır. Leqadadi bəndi Əddis-Əbəbədən 31,8 km məsafədə yerləşir. Su anbarının məqsədi Leqadadi çayının qolu olan Sendafa çayında axınları tənzimləmək və Əddis-Əbəbənin su təchizatında istifadə etməkdir. Leqadadi bəndi 1967–1971-ci illər arasında tikilmişdir.Su anbarı 2450 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bənd içməli suya artan tələbatı ödəmək üçün 1960-cı illərdə tikilmişdir. Leqadadi bəndi təməlin müxtəlif geoloji şəraitinə daha yaxşı uyğunlaşmaq üçün nəzərdə tutulmuş səkkiz müxtəlif bənd tipindən ibarətdir. Bəndin tikintisində istifadə edilmiş olan iki əsas bənd növü bunlardır "içi boş" Qravitasiya bəndi (əsas bənd) və Qaya Doldurma bəndi (yəhərli bənd). Hündürlüyü 44 m olan bu bənd çay axınını tənzimləyən 40 Mm3 su anbarı yaradır. Buraxılan su məhsuldarlığı 50 000 m3/günə olan təmizləyici qurğudan keçir. Çayın məcrası 163 m uzunluğunda kanala axıdılan və çay yatağındakı eroziyanı azaltmaq üçün flip bucket tipli enerji dissipatoru ilə bitən klapanlı hidravlik qapılarla idarə olunan üç buxtadan ibarətdir.
Qaz (təbii)
Qaz — ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır. Qaz sözü (nid. gas) ilk dəfə XVII əsrdə Helmont Yan Boptist tərəfindən istifadə olunmuşdur. Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830–1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə olunmasına başlanmışdır.
Təbii birliklər
Təbii birliklər Meşə, çəmən, bataqlıqda olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşmışlar. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər birbiri ilə və cansız təbiət amillərilə (torpaq, su və s.) əlaqədədirlər. Təbii birliklər və onları əhatə edən mühit vahid sistem – ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzvi maddə “istehsalçıları” olan yaşıl bitkilər tutur. Ekoloji sistemlərdə bir orqanizm digəri ilə qidalandığı üçün bunlar arasında müəyyən əlaqə – qida zənciri yaranır. Sadə qida zəncirləri, adətən, bir-biri ilə birləşərək mürəkkəb şəbəkə əmələ gətirir. Təbii birlikləri təşkil edən canlılar arasında birgə yaşamağı təmin edən müxtəlif münasibətlər formalaşır: Rəqabət münasibətləri. Oxşar həyat tərzi keçirən eyni və ya müxtəlif növə mənsub olan fərdlər arasında gedən mübarizə rəqabət adlanır. Rəqabətə dözə bilməyənlər isə məhv olurlar.
Təbii dil
Təbii dil (natural language) – proqramlaşdırma və ya maşın dilləri kimi dillərin əksinə olan, adi danışıq dili. Təbii dilin “başa düşülməsi” və hesablama vasitələrinin ona yaxınlaşdırılması – süni intellekt sahəsində araşdırılmaların başlıca məqsədlərindən biridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təbii ehtiyatlar
Son onilliklər böyük təbii ehtiyatlara malik olmayan ölkələr sürətlə inkişaf edirlər. Lakin bütün şərtlər daxilində, böyük təbii ehtiyatlara malik ölkələr əlavə üstünlüklər əldə edirlər. Bütün təbii ehtiyatların istifadəsi bir-birilə sıx əlaqədardır. Belə ki, torpaq ehtiyatları (kənd təsərrüfatı sahələri) yanacaqla (mineral ehtiyatlarla) hərəkətə gətirilən texnika vasitəsilə becərilir və məhsuldarlığı gübrələrlə (mineral ehtiyatlardan hazırlanan) artırılır. Bir sıra hallarda təbii-xammal ehtiyatları mineral ehtiyatlarla eyniləşdirilir. Əksər dünya ölkələrində faydalı qazıntıların ehtiyatlarının belə təsnifatı mövcuddur: kəşf olunmuş (çıxarıla bilən), yəni geoloji-kəşfiyyat işləri nəticəsində sübut olunmuş; həqiqi (texnikanın müasir inkişaf səviyyəsində çıxarılan); proqnozlaşdırılan və ya geoloji (mövcudluğu elmi proqnoz və ehtimallara əsasən söylənilən). Geniş mənada iqlim ehtiyatlarına oksigen, perspektivli və "təmiz" enerji mənbələrindən biri olan hidrogen (hələ ki, hidrogenin əldə edilməsi benzinə nisbətən 3 dəfə baha başa gəlir), külək və günəş enerjisi ehtiyatları aiddir. Kənd təsərrüfatı nda istifadəsinə görə aqroiqlim ehtiyatları — istilik, rütubət və işıq iqlim ehtiyatlarının xüsusi növünü əmələ gətirir. İqlim ehtiyatları kənd təsərrüfatı istehsalının əsas amillərindən biri olmaqla , həm də rekreasiya (istirahət, müalicə, turizm) ehtiyatlarının əsas elementlərindəndir. Günəş enerjisi olmadan insan həyatını təsəvvür etmək qeyri-mümkündür.
Təbii fəlakət
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar. Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Təbii fəlakətlər
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar. Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Təbii hüquq
Təbii hüquq (lat. lex naturalis) – dövlətdən asılı olmayan, insan zəkasından və "təbiətindən"irəli gələn ideal hüquq haqqında təlim. Təbii hüquq ideyaları hələ antik dövrdə irəli sürülmüş (Sokrat, Platon və b.) orta əsrlərdə ilahiyyat qanununun çalarlarından biri hesab edilmişdir (Foma Akvinalı). Təbii hüquq ideyaları Qərbdə burjua inqlabları dövründə (XVII-XVIII əsrlər) daha çox yayılmışdır. Təbii hüquq haqqında təlimin tərəfdarları Qrotsi, Benedikt Spinoza, Con Lokk, Jan Jak Russo, Şarl Lui Monteskyö, Holbax, Kant, Radişşev və b. bu təlimdən formalizmin tənqidində, burjua cəmiyyətinin "təbiiliyinin" və "zəkaya uyğunluluğunun" əsaslandırılması üçün istifadə etmişlər. Чичерин Б. Н. «История политических учений» (М., 1869—77); его же, «Политические мыслители древнего и нового Мира» (M., 1897); Четвернин В. А. Современные концепции естественного права. М.: Наука, 1988. Stahl, «Geschichte der Rechtsphilosophie» (3-е изд., Гейдельб., 1856); Bergbohm, «Jurisprudenz und Rechtsphilosophie» (т. I, Лпц., 1892); Hildenbrand, «Geschichte u.
Təbii təsərrüfat
Təbii təsərrüfat — insanların mübadilə, bazara müraciət etmədən yalnız öz ehtiyaclarını ödəmək üçün məhsul istehsal etdikləri iqtisadiyyat. Lazım olan hər şey biznes bölməsində istehsal olunur. Təsərrüfatçılıq əmtəə istehsalının əksidir. Təbii iqtisadiyyatın əsas xüsusiyyətləri onun regionlararası əmək bölgüsündə iştirakının əhəmiyyətsizliyi, istehsal vasitələri və işçi qüvvəsi ilə özünü təmin etməklə, xarici aləmdən iqtisadi təcrid olunmağa (avtarkiya) qədər, hamını qane etməyə demək olar ki, hamısı imkan verir) ehtiyacları öz resursları hesabına In hunting and gathering societies, resources are often, if not typically underused.. Cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı və regionlararası əmək bölgüsünün dərinləşməsi obyektiv olaraq maddi təsərrüfat təsərrüfatının əmtəə təsərrüfatı ilə əvəzlənməsi üçün şərait hazırlayır, burada istehsalçıların konkret bir məhsul istehsalı üzrə ixtisaslaşması getdikcə daha geniş əraziləri əhatə edir. Quldar cəmiyyətində və feodalizmdə mübadilə və əmtəə-pul münasibətlərinin inkişafına baxmayaraq, təsərrüfatçılıq üstünlük təşkil edirdi. Feodal cəmiyyətində təsərrüfat təsərrüfatlarının hökmranlığı feodal parçalanmasını saxlamaq üçün ilkin şərtlərdən biri kimi çıxış edir . Yer kürəsinin iqtisadi cəhətdən geridə qalmış ərazilərində (Asiya, Afrika, Latın Amerikası), avropalılar tərəfindən müstəmləkəçilikdən əvvəl qəbilə və ya feodal münasibətlərinin hökm sürdüyü yerlərdə natəmiz təsərrüfat bu günə qədər yaşamışdır. Müstəmləkə asılılığından qurtulan ölkələrdə XX əsrin ortalarında əhalinin 50–60%-i yaşayış və ya yarımnasosial təsərrüfatla məşğul olurdu.
Təbii kapital
Təbii kapital (ing. Natural capital) — biosferin mineral, bitki və heyvan komponentlərini ifadə edən, həmçinin oksigen istehsalı, suyun filtrasiyası, eroziyadan qorunma və ekosistemin digər komponentləri də qəbul edən iqtisadi kateqoriya. Ənənəvi iqtisadiyyatda təbii kapitalın analoqu iqtisadiyyatın təbii komponenti kimi başa düşülən, iqtisadi təklifin ölçüsündə ciddi şəkildə məhdudlaşdırılan istehsal amili "torpaq"dır. Təbii kapital konsepsiyasının tərəfdarları (“yaşıl iqtisadiyyat” nümayəndələri də daxil olmaqla) “təbii kapital” terminini daha dəqiq hesab edirlər, çünki məsələn, torpağın keyfiyyəti süni kapitalın keyfiyyətinə bənzər şəkildə yaxşılaşdırıla və ya pisləşə bilər. (insan tərəfindən yaradılmış) kapital. Başqa bir bənzətmə: alma ağacında alma yetişdiyi kimi avtomobil zavodunda da maşın istehsal edilir.